dünən gürcüstanda qəzaya uğrayan türkiyə silahlı qüvvələrinə məxsus c-130 tipli təyyarənin “qara qutu”su tapılıb.
arhd.media türkiyənin “ntv” portalına istinadən xəbər verir ki, “qara qutu” axtarış-xilasetmə qruplarının ərazidə həyata keçirdiyi əməliyyat zamanı tapılıb.
məlumata görə, qəza yerindən toplanan materiallar təhlil edilməsi üçün kayseridə hərbi hissəyə göndəriləcək.























