"informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası azərbaycanın milli təhlükəsizlik arxitekturasının əsasını təşkil edir".
arhd.media azərtac-a istinadən xəbər verir ki, bu fikir azərbaycan prezidenti ilham əliyevin beynəlxalq telekommunikasiya ittifaqının (bti) ümumdünya telekommunikasiyanın inkişafı konfransının iştirakçılarına müraciətində yer alıb.
dövlətimizin başçısı qeyd edib ki, "azərbaycan 2030: sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər" sənədinə uyğun olaraq, rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi ölkəmizin əsas strateji istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
"biz bu istiqamətdə dövlət və özəl sektorları arasında əməkdaşlığa xüsusi önəm veririk", - deyə azərbaycan prezidenti vurğulayıb.






















