baş prokuror xəzər rayonunda vətəndaşların müraciətini dinləyəcək

bakı, 10 fevral, arhd.media

baş prokuror xəzər rayonunda vətəndaşların müraciətini dinləyəcək


baş prokuror kamran əliyev fevralın 14-də saat 10:00-da xəzər rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların müraciətini dinləyəcək.

bu barədə arhd.media-a baş prokurorluğun mətbuat xidmətindən məlumat veriblər.

vətəndaşlar qəbulla bağlı xəzər rayon pprokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, baş prokurorluğun sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və x) vasitəsilə də qəbula yazıla bilərlər.

Baxış sayı: 3 418

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə