bakı, 10 fevral, arhd.media
dövlət sərhəd xidmətinin akademiyasına qəbul elan edilib
azərbaycan respublikasının dövlət sərhəd xidməti dövlət sərhəd xidmətinin akademiyasına qəbul elan edir.
bu barədə arhd.media-a dövlət sərhəd xidmətinin mətbuat mərkəzindən məlumat verilib. bildirilib ki, qəbul “sərhəd təhlükəsizliyi və idarəetmə” ali təhsil ixtisası üzrə aparılacaqdır.
namizədlər dövlət imtahan mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.
akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
• ərizə;
• anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir);
• tərcümeyi-hal;
• özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, h/yoldaşı, övladları, h/yoldaşının atası, anası, bacısı, qardaşı və s.) şəxsiyyət vəsiqələrinin surətləri;
• attestatın notariat orqanları tərəfindən təsdiq edilmiş surəti və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinfində oxuması haqqında arayış;
• orta-ixtisas təhsili (əgər varsa) haqqında sənədin notariat orqanları tərəfindən təsdiq edilmiş surəti;
• yaşayış yerindən arayış;
• doğum haqqında şəhadətnamənin surəti;
• valideynlərin nikah haqqında şəhadətnaməsinin surəti;
• 4 (dörd) ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3x4 sm ölçüdə).
dövlət sərhəd xidmətinin akademiyasında təhsil almaq arzusunda olan azərbaycan respublikası vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:
hərbi xidmətdə olmayanlar üçün:
• 2025-ci ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır.
hərbi xidmətdə olanlar üçün:
• dsx akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalıdır.
müraciət edən şəxslər tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar.
sənədlər dövlət sərhəd xidmətinin akademiyasına (bakı şəhəri, xətai rayonu, gəncə prospekti – 2942a) və ya dövlət sərhəd xidmətinin yaxınlıqda yerləşən hərbi hissələrinin kadrlar bölmələrinə təqdim edilməlidir.
əlaqə nömrələri: 012–372–16–20 / 012-493-62-47
sənədlər 2025-ci il aprel ayının 30-dək qəbul ediləcək.






















