almaniyanın kansleri fridrix merts azərbaycan prezidenti ilham əliyevə zəng edib.
arhd.media president.az-a istinadla xəbər verir ki, fridrix merts, ilk növbədə, azərbaycan ilə ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. kansler almaniyanın regionda sabitliyi dəstəklədiyini vurğulayıb.
təbriklərə görə minnətdarlığını bildirən dövlət başçısı azərbaycanın regional sülh təşəbbüslərinin müəllifi olduğunu qeyd edib.
prezident ilham əliyev azərbaycanın regionda davamlı sülhün təmin olunması və möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini bildirib.
telefon danışığı zamanı azərbaycanla almaniya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
kansler fridrix merts ilham əliyevi almaniyaya səfərə dəvət edib. dəvəti məmnunluqla qəbul edən prezident ilham əliyev öz növbəsində almaniya kanslerini azərbaycana səfərə dəvət edib. fridrix merts də dəvəti məmnunluqla qəbul edib.





















