azərbaycan prezidentinin köməkçisi - prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri hikmət hacıyev körfəz əməkdaşlıq şurasının (kəş) baş katibi casim məhəmməd əl-budeyvi ilə görüşüb.
arhd.media xəbər verir ki, bu barədə hikmət hacıyev "x" sosial media hesabında paylaşım edib.
"azərbaycan-kəş münasibətlərinin uğurlu inkişafı barədə fikir mübadiləsi apardıq və əməkdaşlığımızı daha da genişləndirmək imkanlarını müzakirə etdik", - prezidentin köməkçisi qeyd edib.























