dövlət statistika komitəsi (dsk) yanında statistika şurasının yeni tərkibi təsdiqlənib.
arhd.media xəbər verir ki, bu barədə baş nazir əli əsədov qərar imzalayıb.
belə ki, şuraya iqtisadiyyat nazirliyi aparatının makroiqtisadi proqnozlaşdırma və təhlil şöbəsi müdirinin müavini, statistika sektorunun müdiri ceyhun rafiq oğlu həsənov, sahibkarlar (işəgötürənlər) təşkilatları milli konfederasiyasının baş katibinin müavini, hüquq və sosial tərəfdaşlıq şöbəsinin müdiri samir allahverən oğlu hüseynzadə, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin hüquq məsələləri üzrə meneceri cəlal rövşən oğlu abdullayev üzv kimi qəbul ediliblər.






















