bakı, 10 fevral, arhd.media
aqta: idxal olunan baytarlıq preparatının normativ tələblərə cavab vermədiyi aşkarlanıb
azərbaycan qida təhlükəsizliyi agentliyinin (aqta) əməkdaşları nəzarət tədbirləri çərçivəsində "farmvet" mmc-nin niderlanddan idxal etdiyi 189 ədəd 1 litrlik "trim/sul 80/400 oral suspenziya" baytarlıq preparatından götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasının normativ tələblərə cavab vermədiyini müəyyən ediblər.
bu barədə arhd.media - a agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
faktla bağlı müvafiq qərar qəbul olunaraq uyğunsuzluq aşkarlanan məhsullar məhv edilib.























