abş-də “beynəlxalq sülh və rifah naminə tramp marşrutu”na (tripp) həsr olunmuş dəyirmi masa təşkil edilib.
arhd.media xəbər verir ki, bu barədə məlumatı amerika birləşmiş ştatları-azərbaycan ticarət palatası (usacc) yayıb.
bildirilib ki, tədbirdə azərbaycan və ermənistanın abş-dəki səfirləri xəzər ibrahim və narek mkrtçyan iştirak ediblər.
qapalı formatda keçirilən dəyirmi masada tripp layihəsinin regional əlaqələrin möhkəmləndirilməsində və orta dəhliz boyunca abş-nin davamlı iqtisadi mövcudluğunun təmin edilməsində rolu müzakirə edilib.
tədbirdə həmçinin gürcüstan, qazaxıstan, qırğızıstan, türkmənistan və özbəkistanın abş-dəki səfirləri, həmçinin abş hökumətinin yüksəkrütbəli rəsmiləri və biznes nümayəndələri iştirak ediblər.























