“azərbaycan hava yolları” qsc-nin (azal) “embraer 190” tipli sərnişin təyyarəsinin qazaxıstanın aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür.
arhd.media -ın məlumatına görə, qəza zamanı təyyarədə 5 ekipaj üzvü, 62 sərnişin olub.
sərnişinlərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
bu qədər sərnişinin xilas olmasında ekipaj üzvlərinin də böyük əməyi olub.
iqor kşnyakin – kapitan (pilot), aleksandr kalyaninov – ikinci pilot və hökümə əliyeva – baş stüardessa faciəvi qəzada böyük şücaət göstərərək həlak olublar.hər üçü ölümündən sonra prezident ilham əliyevin müvafiq sərəncamı ilə milli qəhrəman adı ilə təltif olunublar.
təyyarənin sağ qalan digər ekipaj üzvləri əsədov zülfiqar sərdar oğlu və rəhimli aydan vaqif qızı 1-ci dərəcəli “rəşadət” ordeni ilə təltif ediliblər.
ilkin araşdırma nəticələrinə əsasən, təyyarə qroznı şəhərinə yaxınlaşarkən rusiyanın “pantsir-s” hhm sistemi tərəfindən hücuma məruz qalıb.
2025-ci il oktyabrın 9-da düşənbədə azərbaycan prezidenti ilham əliyevin rusiya prezidenti vladimir putin ilə təkbətək görüşü baş tutub. rusiya prezidenti görüşdə istintaqın başa çatmaq üzrə olduğunu bildirərək rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcəyini və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini qeyd edib.






















