istanbul sahillərində iki tankerdən “həyəcan siqnalı” daxil olub.
arhd.media türkiyə mətbuatına istinadən xəbər verir ki, tankerlərdən biri azərbaycan, digəri isə türkiyə bayrağı altında üzən gəmilərdir.
məlumata görə, sahilə yaxın ərazidə 141 metr uzunluğunda “kəlbəcər” adlı tanker 115 metr uzunluğunda “alatepe” adlı tankerlə toqquşub.
hadisə yerinə dərhal nəqliyyat və infrastruktur nazirliyinin sahil təhlükəsizliyi baş idarəsinin quru xilasetmə komandası və kurtarma-9 adlı ehtiyat gəmisi göndərilib.






















