prezident ilham əliyev dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə dünyada yaşayan bütün azərbaycanlıları ürəkdən təbrik edib.
arhd.media azərtac-a istinadla xəbər verir ki, dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibətilə müraciətində, həmçinin deyib:
"onlar (bütün azərbaycanlılar) bilməlidirlər və bilirlər ki, onların arxasında güclü azərbaycan dövləti dayanıb. 2025-ci ildə olan bəzi hadisələr bir daha göstərdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir, önəmlidir və bizi - azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz, mədəniyyətimiz birləşdirir.






















