
azərbaycandan ermənistana neft məhsullarının tədarükü davam etdirilir.
arhd.media xəbər verir ki, 979 ton ai-92 markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar yanvarın 11-də biləcəri stansiyasından böyük kəsik istiqamətinə göndərilib. yük gürcüstan ərazisindən tranzit keçməklə ermənistana çatdırılacaq.
qeyd edək ki, 9 yanvar 2026-cı il tarixində 1742 ton ai-95 markalı benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük biləcəri stansiyasından ermənistana göndərilib.
bundan əvvəl, 18 dekabrda isə ermənistana 1220 ton ai-95 markalı avtomobil yanacağı göndərilmişdi.



























