ətraf mühitin qorunması artıq yalnız ekoloji məsələ deyil, eyni zamanda insan hüquqları kontekstində fundamental əhəmiyyət daşıyan mühüm bir istiqamətdir. bu baxımdan “səma və eko” sosial-iqtisadi inkişafa yardım ictimai birliyinin təşəbbüsü ilə avropa insan haqları məhkəməsinə (aihm) ünvanlanan bəyannamə mühüm ictimai və hüquqi hadisə kimi dəyərləndirilir.

şuşa–xankəndi yolunda keçirilən ekoloji aksiya zamanı yaranmış bir sıra mənfi təsirlərə cavab olaraq “səma və eko” sosial-iqtisadi inkişafa yardım ictimai birliyi tərəfindən hazırlanmış və 56 ölkəni əhatə edən müraciət məktubu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmışdır. bu sənəddə ekoloji təhlükəsizliklə bağlı risklərin insanların sağlam və təhlükəsiz mühitdə yaşamaq hüququna, eləcə də gələcək nəsillərin hüquqlarına birbaşa təsir göstərdiyi əsaslandırılmışdır.

 

məhz bu müraciət əsasında “səma və eko” sosial-iqtisadi inkişafa yardım ictimai birliyi avropa insan haqları məhkəməsinə rəsmi şəkildə müraciət etmişdir. təşkilatın etibarnaməsi əsasında bu mühüm hüquqi prosesi arhd.media saytının rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru ismayıl zalov avropa insan haqları məhkəməsində yüksək peşəkarlıqla təmsil etmişdir.

nəticə etibarilə, avropa insan haqları məhkəməsində bu iş üzrə qalibiyyət əldə olunmuş, ekoloji hüquqların insan hüquqlarının ayrılmaz tərkib hissəsi olduğu bir daha beynəlxalq hüquqi müstəvidə təsdiqlənmişdir. bu qələbə yalnız bir təşkilatın deyil, bütövlükdə vətəndaş cəmiyyətinin, ekoloji fəalların və hüquq müdafiəçilərinin uğuru kimi tarixə düşmüşdür.

qeyd etmək lazımdır ki, iradə həsənova, “səma və eko” sosial-iqtisadi inkişafa yardım ictimai birliyinin sədri olmaqla yanaşı, eyni zamanda arhd.media saytının ekologiya üzrə şöbə rəisi kimi də bu prosesdə fəal mövqe nümayiş etdirmiş, ekoloji hüquqların beynəlxalq səviyyədə müdafiəsinə mühüm töhfə vermişdir. 

bu təşəbbüs bir daha sübut etdi ki, ətraf mühitin qorunması gələcək nəsillərin hüquqlarının təminatı deməkdir. “səma və eko” sosial-iqtisadi inkişafa yardım ictimai birliyi tərəfindən avropa insan haqları məhkəməsinə təqdim edilən ekoloji bəyannamə ədalətin bərqərar olunması, vətəndaş cəmiyyətinin gücləndirilməsi və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi istiqamətində atılmış əhəmiyyətli addımdır.

arhd.media saytının rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru ismayıl zalovun bu prosesdə göstərdiyi peşəkar və prinsipial mövqe ekoloji hüquqların beynəlxalq hüquqi platformalarda müdafiəsinin mümkün və zəruri olduğunu bir daha nümayiş etdirdi. bu qələbə azərbaycan vətəndaş cəmiyyətinin beynəlxalq hüquq müstəvisində artan nüfuzunun bariz nümunəsidir.

 

arhd.media

Baxış sayı: 9 921

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə