"artıq beynəlxalq təsisatlara etibar etməməliyik. aleksandarla (vuçiç - red.) razıyam ki, bu gün vəziyyətimiz, ola bilsin, əvvəlki illərlə müqayisədə daha kəskindir".
arhd.media azərtac-a istinadən xəbər verir ki, bu barədə prezident ilham əliyev davosda "avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında çıxışı zamanı bildirib.
"amma mən onun müəyyən, yəni bədbin fikirlərini bölüşmürəm. çünki vəziyyəti nəzarət altına alsaq, milli maraqlarımızla bağlı öhdəlikləri kifayət qədər götürsək, o zaman xalqların uğur qazanması mümkündür", - deyə dövlətimizin başçısı əlavə edib.























