xəbər verdiyimiz kimi, prezident ilham əliyev davosda “sülh şurasının nizamnaməsi” (“board of peace charter”) sənədinin imzalanma mərasimində iştirak edir.


“azadses.az”ın məlumatına görə, azərbaycan prezidenti və tədbirdə iştirak edən digər dövlət və hökumət başçıları sözügedən sənədi imzalayıblar.


bununla da azərbaycan qəzza ilə bağlı yaradılan sülh şurasına təsisçi üzv dövlət qismində qoşulub. ölkəmiz sülh şurasına qoşularaq, onun qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz və rifahlı gələcək qurulması kimi nəcib missiyasını paylaşacaq.


xatırladaq ki, abş prezidenti, sülh şurasının sədri donald tramp azərbaycan prezidenti ilham əliyevə məktub ünvanlayaraq azərbaycan respublikasını təsisçi üzv dövlət qismində şuraya qoşulmağa və sülh şurasının nizamnaməsinə tərəf olmağa rəsmi şəkildə dəvət edib.


prezident ilham əliyev isə cavab məktubunda bu dəvəti azərbaycanla abş-nin qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul etdiyini bildirib.

Baxış sayı: 3 742

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə