arhd.media informasiya agentliyi beynəlxalq hüquq müstəvisində növbəti mühüm uğurunu ictimaiyyətə çatdırır.
agentliyin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru ismail zalov və arhd.media informasiya agentliyinin rusiya federasiyasının sankt-peterburq şəhəri üzrə rəsmi nümayəndəsi tofiq məmmədov türkiyə respublikasının istanbul ədalət sarayında keçirilən məhkəmə prosesində iştirak etmiş və proses müsbət, ədalətli və uğurlu nəticə ilə yekunlaşmışdır.
məhkəmə prosesində beynəlxalq hüquq normalarına əsaslanan prinsipial mövqe, yüksək peşəkarlıq və hüquqi əsaslandırma təmin olunmuş, nəticə etibarilə ədalət öz təntənəsini tapmışdır. əldə edilən bu uğur arhd.media informasiya agentliyinin beynəlxalq hüquq sahəsində artan nüfuzunun və peşəkar fəaliyyətinin bariz göstəricisidir.
ismail zalovun zəngin elmi və praktiki hüquqi təcrübəsi, beynəlxalq hüquq sahəsində dərin bilikləri, eləcə də tofiq məmmədovun beynəlxalq əlaqələr və nümayəndəlik fəaliyyəti bu mühüm nəticənin əldə olunmasında həlledici rol oynamışdır.
qeyd edək ki, istanbul ədalət sarayında əldə edilən bu müsbət qərar yalnız konkret iş üzrə deyil, ümumilikdə azərbaycan hüquqi və media institutlarının beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə xidmət edən mühüm nailiyyət kimi dəyərləndirilir.
arhd.media informasiya agentliyi bundan sonra da hüququn aliliyinə, ədalət prinsiplərinə və beynəlxalq hüquq normalarına sadiq qalaraq fəaliyyətini davam etdirəcəkdir.
arhd.media informasiya agentliyi
rəsmi mətbuat xidməti































