abş-nin vitse-prezidenti ceyms devid vens fevralda azərbaycan və ermənistana səfər edəcək.
“arhd.media” xəbər verir ki, bunu abş prezidenti donald tramp “truth” sosial şəbəkəsindəki hesabında yazıb.
o bildirib ki, səfərin məqsədi sülh səylərini inkişaf etdirmək və tripp marşrutunu irəli aparmaqdır.
“abş azərbaycanla strateji tərəfdaşlığını gücləndirmək, ermənistanla, o cümlədən sülh təşəbbüsləri və iqtisadi layihələr sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir”.























