azərbaycanda 2026-cı ilin “şəhərsalma və memarlıq ili” elan edilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib.
“arhd.media” xəbər verir ki, bununla bağlı prezident ilham əliyev sərəncam imzalayıb.
sərəncama əsasən, bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən tədbirlər planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti azərbaycan respublikası prezidentinin administrasiyası həyata keçirməlidir.
nazirlər kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.























