“biz azərbaycana çox müsbət münasibətə görə tramp-vens administrasiyasına çox minnətdarıq”.
“arhd.media” xəbər verir ki, bu fikirləri prezident ilham əliyev abş-nin vitse-prezidenti ceyms devid vens ilə mətbuata birgə bəyanatında söyləyib.
prezident bu gün strateji tərəfdaşlıq xartiyasının imzalanmasını belə qiymətləndirib:
“ürəkdən aparılmış işin nəticəsidir”






















