azərbaycan prezidenti ilham əliyev iran prezidenti məsud pezeşkiana təbrik məktubu ünvanlayıb.
“arhd.media” xəbər verir ki, məktubda deyilir:
“hörmətli cənab prezident,
iran islam respublikasının milli bayramı – islam inqilabının qələbəsi günü münasibətilə sizi və bütün xalqınızı şəxsən öz adımdan və azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
ortaq dini-mədəni köklər və mehriban qonşuluq telləri ilə bir-birinə bağlı olan xalqlarımız və ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. son dövrdə azərbaycan-iran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur.
sizin keçən il azərbaycana həm rəsmi, həm də işgüzar səfərləriniz dövlətlərarası münasibətlərimizin tarixində yeni səhifə açaraq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına təkan vermişdir.
hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi genişlənir və yeni məzmunla zənginləşir. müxtəlif səviyyələrdə səfərlərin intensiv xarakteri, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən dövlət komissiyasının səmərəli fəaliyyəti qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşməsi üçün əlverişli imkanlar yaradır.
inanıram ki, regionumuzun təhlükəsizliyi və rifahı naminə azərbaycan-iran əlaqələri və əməkdaşlığı dost və qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə möhkəmlənməyə davam edəcəkdir.
belə bir əlamətdar gündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost və qardaş iran xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.























