azərbaycan dövlətçiliyinin hüquqi sütunlarından biri olan azərbaycan respublikasının ali məhkəməsi 103 illik şərəfli yol keçərək bu gün də ədalətin, qanunun aliliyinin və hüquqi sabitliyin təminatçısı kimi fəaliyyətini davam etdirir. bu əlamətdar yubiley münasibətilə arhd.media informasiya agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru ismayıl zalov ali məhkəmənin rəhbərliyini və kollektivini ürəkdən təbrik etmişdir.
ismayıl zalov xüsusi olaraq qeyd etmişdir ki, bu gün ali məhkəmənin fəaliyyəti onun rəhbərliyinin prinsipial mövqeyi, müasir idarəçilik baxışı və hüquqi islahatlara açıq yanaşması ilə daha da güclənmişdir. o, ali məhkəmənin sədri inam kərimovun fəaliyyətini yüksək qiymətləndirərək vurğulamışdır ki, cənab sədrin rəhbərliyi dövründə məhkəmə sistemində çeviklik, şəffaflıq və peşəkarlıq meyarları daha da möhkəmlənmişdir.
ismayıl zalov bildirmişdir ki, inam kərimov hüquqi bilikləri, dövlətçilik təfəkkürü və prinsipial mövqeyi ilə seçilən rəhbərdir. onun rəhbərliyi altında ali məhkəmə yalnız ali instansiya kimi deyil, eyni zamanda hüquqi islahatların lokomotivi kimi çıxış edir. qanunun vahid tətbiqinin təmin olunması, məhkəmə təcrübəsinin sistemləşdirilməsi və hüquqi presedentlərin formalaşdırılması istiqamətində görülən işlər məhz güclü rəhbərliyin nəticəsidir.
“bu gün ali məhkəmənin fəaliyyəti cəmiyyətdə ədalətə olan inamın möhkəmlənməsinə xidmət edir. bu inam isə təsadüfi deyil. bu, peşəkar rəhbərlik, dürüst mövqe və dövlət maraqlarına sadiqliyin nəticəsidir”, – deyə ismayıl zalov qeyd etmişdir.
o vurğulamışdır ki, inam kərimovun rəhbərliyi ilə məhkəmə sistemində müasir yanaşmalar tətbiq olunur, hakim korpusunun məsuliyyəti və intizamı daha da gücləndirilir, hüquqi dövlət prinsipləri praktik müstəvidə ardıcıl şəkildə həyata keçirilir. bu, təkcə hüquq ictimaiyyəti üçün deyil, bütövlükdə azərbaycan cəmiyyəti üçün mühüm əhəmiyyət daşıyır.
ismayıl zalov qeyd etmişdir ki, 103 illik tarixə malik olan ali məhkəmənin bu gün də yüksək nüfuza malik olması, qəbul etdiyi qərarların hüquqi əsaslılığı və prinsipiallığı məhz düzgün strateji rəhbərliyin nəticəsidir. o, inam kərimovu məsuliyyətli, ədalətli və dövlətinə sadiq rəhbər kimi xarakterizə etmişdir.
təbrik müraciətində ismayıl zalov bildirmişdir:
“ali məhkəmənin 103 illik yubileyi münasibətilə ilk növbədə onun rəhbəri hörmətli inam kərimovu və bütün hakim heyətini ürəkdən təbrik edirəm. əminəm ki, ali məhkəmə bundan sonra da onun rəhbərliyi altında ədalətin keşiyində mətin dayanacaq, azərbaycan respublikasında hüququn aliliyinin təmin edilməsinə və məhkəmə sisteminin daha da təkmilləşdirilməsinə öz töhfəsini verəcəkdir.”
sonda o vurğulamışdır ki, güclü dövlətin təməli güclü məhkəmə sistemidir. güclü məhkəmə sisteminin əsasında isə savadlı, prinsipial və məsuliyyətli rəhbərlik dayanır. bu baxımdan, ali məhkəmənin 103 illik yubileyi həm də uğurlu idarəçiliyin və davamlı inkişafın təntənəsidir.























