arhd.media informasiya agentliyinin baş redaktoru nuranə gülər agentliyin əməkdaşlarına xüsusi jilet və baş geyimlərini təqdim edib. bildirilib ki, vahid iş geyimi jurnalistlərin fəaliyyət zamanı tanınmasını, təhlükəsizliyini və peşəkar görünüşünü təmin etmək məqsədi daşıyır.
eyni zamanda, arhd.media informasiya agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru ismayıl zalovun təşəbbüsü ilə bu iş geyimləri agentliyin xaricdə fəaliyyət göstərən nümayəndəliklərinə də göndərilib. sözügedən geyimlər amerika, fransa, almaniya, rusiya, türkiyə və israildə olan nümayəndəliklərə yola salınıb.
qeyd olunub ki, bu addım agentliyin beynəlxalq səviyyədə vahid korporativ kimliyinin möhkəmləndirilməsinə xidmət edir.



























