
azərbaycan prezidenti ilham əliyev bu gün iranın yol və şəhərsalma naziri, azərbaycan-iran iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyasının həmsədri fərzanə sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“arhd.media” xəbər verir ki, söhbət zamanı fərzanə sadiqin ötən il ölkəmizə səfəri və prezident ilham əliyevlə görüşü məmnunluqla xatırlanıb.
dövlət başçısı bir müddət əvvəl iran prezidenti məsud pezeşkianla telefon danışığını xatırladaraq, həmin telefon söhbəti əsnasında dost ölkələr kimi azərbaycanla iran arasında qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu deyib.
ikitərəfli gündəliyin genişlənməsini məmnunluqla qeyd edən prezident ilham əliyev azərbaycanla iranın birgə icra etdiyi layihələrin həm ölkələrimiz, həm də region üçün geniş imkanlar açacağını vurğulayıb. dövlət başçısı fərzanə sadiqin ölkəmizə səfəri çərçivəsində bütün bu məsələlərin müzakirə ediləcəyinə və səfərin yaxşı nəticələrinin olacağına ümidvarlığını bildirib.
azərbaycana yenidən gəlməsindən məmnunluğunu ifadə edən fərzanə sadiq qəbula görə dövlət başçısına minnətdarlıq edib.
o, iranın prezidenti məsud pezeşkianın salamlarını dövlət başçısına çatdırıb və vurğulayıb ki, iran prezidenti azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir.
dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını məsud pezeşkiana çatdırmağı xahiş edib.
fərzanə sadiq ölkələrimiz arasında tarixi, dini və mədəni əlaqələrin mövcud olduğunu vurğulayıb.
söhbət zamanı bakıda keçiriləcək “azərbaycan respublikası ilə iran islam respublikası arasında iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyası”nın 17-ci iclasının əhəmiyyətinə toxunuldu, şimal-cənub nəqliyyat dəhlizi, araz çayı üzərində ağbənd və kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün inşası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


























