xəbər verdiyimiz kimi, prezident ilham əliyev, birinci xanım mehriban əliyeva və qızları arzu əliyeva xocavənd sakini ilqar həsənovun evinə qonaq olub.
“arhd.media”ın məlumatına görə, burada dövlət başçısı və ev sakinləri arasında maraqlı söhbət baş tutub.
digər qadın sakin: xoş gəlmisiniz. nə böyük şərəf.
kişi sakin: anamdır. isti çörəyimiz var, təzə.
prezident ilham əliyev: siz də dadına baxın, təndir çörəyidir.
qadın sakin: nuş edin, nuş olsun.





















