azərbaycan prezidenti ilham əliyev iran islam respublikasının prezidenti məsud pezeşkiana minnətdarlığını bildirib.
“arhd.media” xəbər verir ki, bu barədə dövlət başçısının “x” hesabında paylaşım edilib.
“iran islam respublikasının prezidenti, qardaşım prezident məsud pezeşkianın azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir.
dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik”, - paylaşımda qeyd edilib.
qeyd edək ki, pezeşkian 2 gün öncə ilham əliyevə zəng edərək azərbaycanın irana göstərdiyi humanitar yardıma görə dövlət başçısına minnətdarlığını bildirib. bundan başqa, o, sosial şəbəkə hesabında da zəng haqda paylaşım edərək bir daha təşəkkürünü ifadə edib.




















