bu gün görkəmli oftalmoloq-alim, akademik zərifə əliyevanın anım günüdür.


arhd.media xatırladır ki, zərifə əziz qızı əliyeva 28 aprel 1923-cü ildə naxçıvan muxtar respublikasında anadan olub.


1947-ci ildə n.nərimanov adına azərbaycan dövlət tibb institutunu bitirib. azərbaycan elmi-tədqiqat oftalmologiya institutunda elmi işçi, 1969-cu ildən isə ə.əliyev adına azərbaycan həkimləri təkmilləşdirmə institutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.


z.əliyevanın azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. o, vaxtilə azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə əvəzolunmaz töhfələr verib. z.əliyeva oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən, "terapevtik oftalmologiya", "iridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.


akademik zərifə əliyeva ümumittifaq oftalmoloqlar cəmiyyəti rəyasət heyətinin, sovet sülhü müdafiə komitəsinin, azərbaycan oftalmologiya cəmiyyəti idarə heyətinin, "vestnik oftalmoloqa" (moskva) jurnalının redaksiya heyətinin üzvü idi.


yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə ssri tibb elmləri akademiyasının m.i.averbax adına mükafatına layiq görülüb.


zərifə əliyeva ümummilli lider heydər əliyevin həyat yoldaşı, prezident ilham əliyevin anasıdır.


o, 1985-ci il aprelin 15-də moskva şəhərində vəfat edib.

Baxış sayı: 3 472

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə