bakı, 18 yanvar, arhq.az
azərbaycan respublikasının prezidenti ilham əliyev yanvarın 18-də türkiyə respublikasının xarici işlər naziri hakan fidanı qəbul edib.
hakan fidan türkiyə prezidenti rəcəb tayyib ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
prezident ilham əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını rəcəb tayyib ərdoğana çatdırmağı xahiş etdi.
görüşdə azərbaycan ilə türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu.
söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
arhd.media ictimai-siyasi media saytı’ın rəhbəri :
beynəlxalq hüquq eksperti : ismayıl zalov
arhd.media ictimai siyasi media saytı’ın baş redaktoru :
orxan ismayılov




















