"dar ağacına aparan
yoldan başqa, sonu
olan yolların hamısı
yaxşıdır".
m.de servantes
ölüm cəzası - cinayət törətməkdə ittiham olunan şəxsin edam edilməsini , öldürülməsini özündə ehtiva edən və yaşamaq hüququna zidd olan qəddar, qeyri - insani və ləyaqəti alçaldan cəza növüdür. ölüm cəzasına münasibət ayrı-ayrı zamanlarda müxtəlif olsada , onun hüquqi effektivliyi, dini baxımdan ədalətli olması və mənəvi - əxlaqi nöqteyi- nəzərdən humanizm prinsiplərinə zidd olmaması bu günkü günədək mübahisələr yaradır.hüquqşünas alimlər, din xadimləri və sosioloqlar müxtəlif fikirlər irəli sürür. əslində ölüm cəzası ifadəsi özü-özlüyündə dəhşətli səslənir və məhkəmə zamanı hakim tərəfindən ölüm hökmü çıxarılarkən ,- " ölüm cəzasına məhkum edilsin" cümləsi , eşidilərkən belə insanda vahimə və qorxu hissi yaradır. ölüm cəzası ədalət, intiqam , yoxsa cinayətkarlığa qarşı preventiv tədbir? məhz bu məqamda fikirlər haçalanır.bu suallara cavab tapmaq üçün hüquqşünas- kriminoloqların, filosofların və sosioloq alimıərin fikirlərini təhlil etmək zərurəti yaranır.
dahi alman filosofu f.heqelə istinad etsək , onun fikrincə :" hüquq - fəlsəfənin bir hissəsidir" . digər klassik filosoflar isə dini fəlsəfənin kənizi hesab edirdilər. bu məntiqdən çıxış edərək, ölüm cəzası anlayışını dörd aspektdən araşdırıb təhlil etmək vacibdir. burada həm dini-fəlsəfi , həmdəki hüquqi -sosioloji aspektlərin öyrənilməsi zəruridir.
arhd.media























