azərbaycan prezidentinin köməkçisi - prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri hikmət hacıyev wuf13-ün sonuncu günündə jurnalistlərlə söhbətləşib. 


“arhd.media” xəbər verir ki, o, jurnalistlərə ümumdünya şəhərsalma forumunun on üçüncü sessiyasında (wuf13) gördükləri işlərə görə minnətdarlığını bildirib. 


“azərbaycan mediası öz vətənpərvərliyini və peşəkarlığını göstərdi. dəqiq və çevik formada bütün bu məlumatlar ictimaiyyətə çatdırıldı. həmçinin azərbaycan mediası öz peşəkarlığını beynəlxalq media ilə birlikdə, hətta rəqabət prinsipləri əsasında fəaliyyət göstərərək çox operativ surətdə məlumatların verilməsini təmin etdi.


buna görə hər birinizə təşəkkür edirəm, bilirəm çox ağır və zəhmətli bir iş idi. hər gün erkən saatlardan axşamadək intensiv fəaliyyət göstərirdiniz. sizin fəaliyyətinizin nəticəsidir ki, ölkə ictimaiyyətində də wuf13-ə çox böyük maraq var. sizin hər birinizə, redaksiyalarınıza, fotoqraflara öz təşəkkürümü bildirirəm”, - h. hacıyev qeyd edib.  


həmin görüntüləri təqdim edirik:

Baxış sayı: 4 677

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə