mayın 26-da azərbaycan prezidenti ilham əliyevlə iran prezidenti məsud pezeşkian arasında telefon danışığı olub.


“arhd.media” xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.


dövlət başçıları müqəddəs qurban bayramı münasibətilə bir-birlərinə təbriklərini çatdırıb, azərbaycan və iran xalqlarına firavanlıq və ruzi-bərəkət arzulayıblar.


iran islam respublikasının prezidenti ölkəsinin üzləşdiyi ağır günlərdə azərbaycanın göstərdiyi humanitar yardımlara görə bir daha təşəkkürünü bildirib.


prezident ilham əliyev öz növbəsində qeyd edib ki, azərbaycan və iran yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birinin yanındadır.


telefon söhbəti zamanı ikitərəfli əlaqələrin inkişafı və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Baxış sayı: 4 722

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə