ötən ay dsmf-nin xərcləri 66 milyon manat artaraq 574 milyon manat təşkil edib

bakı, 14 fevral, arhd.media


ötən ay dsmf-nin xərcləri 66 milyon manat artaraq 574 milyon manat təşkil edib


əmək və əhalinin sosial müdafiəsi nazirliyinin tabeliyində dövlət sosial müdafiə fondunun (dsmf) gəlirləri bu ilin yanvar ayında proqnozla müqayisədə 8 faiz və ya 44 milyon manat çox olmaqla 579 milyon manat təşkil edib.

nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən arhd.media-a verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 11 faiz və ya 44 milyon manat artaraq 443 milyon manat olub.

ötən ay dsmf-nin xərcləri 574 milyon manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 66 milyon manat çoxdur.

Baxış sayı: 4 378

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə