beynəlxalq hüquq eksperti, beynəlxalq hüquq müdafiəçisi, arhd media informasiya agentliyinin rəhbəri ismayıl zalov azərbaycan xalqını 15 iyun – milli qurtuluş günü münasibətilə səmimi qəlbdən təbrik etmişdir.
ismayıl zalov öz müraciətində bildirmişdir ki, azərbaycan dövlətçiliyinin taleyüklü mərhələlərindən biri olan 15 iyun 1993-cü il xalqımızın tarixinə milli qurtuluş günü kimi daxil olmuşdur. məhz həmin dövrdə ölkədə hökm sürən dərin siyasi böhran, iqtisadi tənəzzül, dövlət müstəqilliyinin itirilməsi təhlükəsi və vətəndaş qarşıdurması azərbaycanı ağır sınaqlarla üz-üzə qoymuşdu.
qeyd edilmişdir ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider heydər əliyev öz müdrik siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyətli fəaliyyəti ilə ölkəni parçalanmaq təhlükəsindən xilas etmiş, ictimai-siyasi sabitliyi təmin etmiş və müstəqil azərbaycan dövlətinin möhkəmlənməsinin əsasını qoymuşdur. ulu öndərin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində azərbaycan qısa müddətdə regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir.
ismayıl zalov vurğulamışdır ki, milli qurtuluş günü xalqımızın milli birlik, həmrəylik və dövlətçilik ənənələrinin təntənəsini özündə əks etdirən mühüm tarixi hadisədir. bu əlamətdar gün müstəqil azərbaycan dövlətinin xilası və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.
sonda ismayıl zalov bütün azərbaycan xalqını 15 iyun – milli qurtuluş günü münasibətilə ürəkdən təbrik etmiş, ölkəmizə davamlı inkişaf, əmin-amanlıq, rifah və yeni nailiyyətlər arzulamışdır.
bayramınız mübarək!
yaşasın müstəqil və qüdrətli azərbaycan!


























