
azərbaycan prezidenti ilham əliyev bu ngün iordaniya haşimilər krallığı nümayəndələr palatasının sədri mazen torki saud əl-qadinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“arhd.media” xəbər verir ki, dövlət başçısı azərbaycanla iordaniya arasında əlaqələrin dostluq və qardaşlıq üzərində qurulduğunu deyərək, ölkələrimizin hər zaman bir-birinə qarşılıqlı dəstək nümayiş etdirdiyini vurğuladı, siyasi, iqtisadi, humanitar, parlamentlərarası əlaqələr və digər sahələrdə gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirdi.
islam əməkdaşlıq təşkilatının üzvü olan dövlətlərin parlament ittifaqı konfransının bakıda keçiriləcək 20-ci sessiyasında mazen torki saud əl-qadinin iştirak etməsinin əhəmiyyətinə toxunan prezident ilham əliyev onun bu səfərinin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyini vurğuladı, eyni zamanda, ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün də yaxşı imkan yaratdığını dedi.
mazen torki saud əl-qadi iordaniyanın kralı ii abdullah ibn al hüseynin salamlarını dövlətimizin başçısına çatdırdı.
prezident ilham əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını iordaniyanın kralına çatdırmağı xahiş etdi. dövlətimizin başçısı kral ii abdullah ibn al hüseyni ölkəmizə səfərə dəvət etdi.
qəbula və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirən qonaq bunu azərbaycanla iordaniya arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin göstəricisi kimi dəyərləndirdi.
o, azərbaycan prezidentinin və iordaniya kralının siyasi iradəsi nəticəsində ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etməsini məmnunluqla vurğuladı.
qonaq prezident ilham əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində bu gün azərbaycanın gözəl və təhlükəsiz ölkəyə çevrildiyini dedi. o, həmçinin vurğuladı ki, azərbaycanda mövcud olan sıx xalq-iqtidar birliyi dövlətimizin başçısının həyata keçirdiyi siyasət sayəsində ölkədə ictimai ədalətin təmin edilməsindən xəbər verir.
azərbaycanın islam əməkdaşlıq təşkilatı çərçivəsində əməkdaşlığa, həmçinin ərəb və islam dünyasını narahat edən məsələlərə həmişə böyük diqqətlə yanaşdığını, islam həmrəyliyini daim dəstəklədiyini vurğulayan mazen torki saud əl-qadi ölkəmizin fələstin məsələsində tutduğu birmənalı və ədalətli mövqeyin yüksək qiymətləndirildiyini dedi.
azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi münasibətilə bir daha təbriklərini çatdıran qonaq prezident ilham əliyevin rəhbərliyi ilə qarabağ və şərqi zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını vurğuladı.
mazen torki saud əl-qadi, həmçinin bakı şəhərinin gözəlliyinin və təmizliyinin onda zəngin təəssürat yaratdığını qeyd etdi.
xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı öz növbəsində kral ii abdullah ibn al hüseynin rəhbərliyi ilə iordaniyanın da uğurla inkişaf etdiyini dedi.
azərbaycanın islam həmrəyliyinə daim dəstək nümayiş etdirdiyini vurğulayan prezident ilham əliyev fələstin məsələsində ölkəmizin əl-qüds əl-şərif paytaxt olmaqla iki dövlət həll yolunu daim dəstəklədiyini qeyd etdi.
görüşdə əlaqələrimizin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.





























