Azərbaycan 2026/27 mövsümü UEFA-nın assosiasiyalar reytinqində ilk pillədə qərarlaşıb.


“ARHD.MEDiA” xəbər verir ki, bu, üç klubumuzun birinci mərhələdəki yüzfaizli nəticələri sayəsində mümkün olub.


“Sabah” Çempionlar Liqasında, “Qarabağ” Avropa Liqasında, “Zirə” isə Konfrans Liqasında keçirdiyi hər iki matçda qələbə qazanıb.


Beləliklə, Azərbaycanın 3 klubu birinci mərhələdə keçirdiyi ümumən 6 oyunun hamısında rəqiblərini məğlubiyyətə uğradıb və 6,000 əmsal qazanıb. Azərbaycan avrokuboklarda 4 komanda ilə təmsil olunduğundan (“Neftçi” Konfrans Liqasına 2-ci mərhələdən qoşulacaq) həmin əmsal 4-ə bölünüb. Yekun nəticədə ölkəmizin hesabına daha 1,500 əmsal yazılıb.


Son 5 mövsümün nəticələrinə əsasən hazırlanan siyahıda isə Azərbaycan 26-cı yerdəki mövqeyini möhkəmləndirib və əmsal ehtiyatını 20,062-ə çatdırıb. 25-ci yeri tutan İsrailin 20,750, 27-ci yerdə qərarlaşan Bolqarıstanın isə 18,562 xalı var.

Baxış sayı: 2 041

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə