Almaniyanın Heydelberq şəhərində paracüdo üzrə Avropa çempionatına start verilib.


“ARHD.MEDiA” xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən paracüdoçu İlham Zəkiyev (J1, +95 kq) qızıl medal qazanıb.


Yarışın yarımfinal mərhələsində Böyük Britaniyanı təmsilçisi ilə qarşılaşan İlham Zəkiyev rəqibinə ipponla qalib gələrək finala yüksəlib.


Final görüşündə isə İspaniyanı təmsil edən Garros Suarez üzərində ipponla qələbə qazanan paracüdoçumuz növbəti dəfə Avropa çempionu tituluna sahib olub.


Bu nəticə ilə İlham Zəkiyev karyerasında 10-cu dəfə Avropa çempionu adını qazanıb.


Qeyd edək ki, qitə çempionatında daha əvvəl Saleh Sultanov (J1, 81 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) bürünc medal qazanıblar.

Baxış sayı: 4 540

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə