“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının III turunda “Sumqayıt” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında diqqətçəkən məqamlara toxunub.


“ARHD.MEDiA” xəbər verir ki, təcrübəli mütəxəssis komandanın çəkdiyi əziyyətdən, azarkeş dəstəyindən və sosial şəbəkələrdə yazılan tənqidlərdən söz açıb.


Q. Qurbanov görünməyən əməyə və azarkeş amilinə diqqət çəkib:


“Əziyyət kənardan görünmür, sadəcə nəticə görünür. Azarkeşlər fikirlər səsləndirirlər. Bizim öz azarkeşlərimiz var, “Qarabağ” sevərlər var. “Tvente” ilə oyunun sonunda “Qurban, Qurban” deyə qışqırırdılar”.


Baş məşqçi sosial şəbəkələrdəki müzakirələrə münasibət bildirərkən vurğulayıb ki, yazılanlar meydandakı mübarizəni kölgədə qoya bilməz:


“Mən sosial şəbəkələrə əyləncə kimi baxıram. Orada hansısa fikirlər səslənir, kim daha maraqlı və cəsarətli fikir səsləndirəcək məsələsidir. Ola bilər ki, haradasa təsir etsin, amma canlı olaraq meydanda savaşırıq. Allah da bizə elə uğurlar qismət edib ki, bütün çətinliklərə baxmayaraq, “Qarabağ”ı yüksəltdik”.

Baxış sayı: 2 991

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə