“Lion”un keçmiş hücumçusu Kərim Benzema doğma klubuna olan sevgisi və hörməti səbəbindən maaşından imtina edərək yenidən Fransa təmsilçisində oynamağa hazır olub.


“ARHD.MEDiA” “L’Equipe”ə istinadla xəbər verir ki, Liqa 1 klubunun rəhbərliyi bu yay 38 yaşlı futbolçunun qayıdışı variantını nəzərdən keçirsə də, transfer gözlənilməz maneə ilə qarşılaşıb.


Nəşr yazır ki, fransalı ulduz avqustun 31-də Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsini ləğv etsə də, o, 2030-cu ilə qədər ölkə çempionatının səfiri olaraq qalır:


“Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) imic müqaviləsi olan futbolçuların başqa ölkələrin çempionatlarında çıxış etməsinə qarşı çıxır. Fransa Liqa 1-i üçün istisna olunması ilə bağlı tərəflər arasında aparılan danışıqlar isə çıxılmaz vəziyyətə gəlib. Həmçinin müqavilə bitəndə Benzemanın 43 yaşı olacaq”.


Qəzetin yaydığı məlumata görə, yaranmış bu mürəkkəb vəziyyət fonunda təcrübəli hücumçunun yaxın vaxtlarda peşəkar futbolçu karyerasını yekunlaşdırmaq ehtimalı kəskin artıb. Kərim Benzemanın artıq cari mövsümə sonuncu ili kimi hazırlaşdığı qeyd olunur.

Baxış sayı: 3 925

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə