xəzər isayev: prezident ilham əliyev ölkəmizdə olimpiya hərəkatına rəhbərlik etdikdən sonra idmanda böyük uğurlar qazanılıb

bakı, 18 fevral, arhd.media


xəzər isayev: prezident ilham əliyev ölkəmizdə olimpiya hərəkatına rəhbərlik etdikdən sonra idmanda böyük uğurlar qazanılıb


“azərbaycanda idmanın inkişafı, bu sahədə infrastrukturun qurulması, idmançılarımızın beynəlxalq arenalarda yüksək nəticələr əldə etməsi birbaşa prezident ilham əliyevin adı ilə bağlıdır”.

bu sözləri arhd.media-a açıqlamasında milli olimpiya komitəsinin (mok) ədalətli oyunlar komissiyasının sədri xəzər isayev azərbaycan prezidenti ilham əliyevin yenidən mok-un rəhbəri seçilməsi barədə danışarkən deyib.

prezident ilham əliyevin 1997-ci ildən milli olimpiya komitəsinə rəhbərlik etdiyini xatırladan x.isayev dövlətimizin başçısının həmişə azərbaycan idmançılarına diqqət və qayğı göstərdiyini bildirib: “bizim üçün başqa alternativ ola bilməzdi. o, ölkəmizdə olimpiya hərəkatına başçılıq etdikdən sonra idmanda böyük uğurlar qazanılıb. azərbaycan idman ictimaiyyəti buna görə özünü xoşbəxt hiss edir. sevinirik ki, ölkə başçısı yenidən mok-un prezidenti seçildi. nüfuzlu turnirlərdə idmançılarımızın qazandığı böyük nailiyyətlər, ölkəmizdə mötəbər yarışların təşkili prezident ilham əliyevin idman sahəsində yürütdüyü uğurlu siyasətin nəticəsidir. azərbaycan bu gün dünyada idman ölkəsi kimi tanınır. bütün milli idman federasiyalarında kütləviliyin təmin olunması hər zaman qarşımıza məqsəd kimi qoyulub. istənilən idman cəmiyyəti və qurumları öncə azərbaycan gənclərinə sağlam həyat tərzini təşviq edir, onların idmanla yaşaması və böyüməsi üçün addımlar atır”.

o, cüdo üzrə olimpiya çempionu elnur məmmədli və keçmiş voleybolçu alla həsənovanın mok-un icraiyyə komitəsinə (ik) üzv seçilməsinə də toxunub: “düşünürəm ki, onların komitədə olması çox düzgün qərardır. digər tərəfdən, bu qərar mok-un gender məsələsinə önəm verdiyinin göstəricisidir. inanıram ki, veteran idmançılarımızın mok-da görəcəyi işlər azərbaycanın həm cüdoda, həm də voleybolda inkişafına təkan verəcək”.

mok rəsmisi karate üzrə 5 qat dünya, 11 qat avropa çempionu rafael ağayevlə sərbəst güləş üzrə ikiqat olimpiya mükafatçısı, 3 qat dünya, 4 qat avropa çempionu hacı əliyevi milli olimpiya hərəkatının yeni üzvləri seçilmələri münasibətilə təbrik edib: “çox xoşdur ki, artıq onlar da bizim sıralarımızda yer alacaq, bundan sonra bütün fəaliyyətlərimizdə yaxından iştirak edəcəklər”.

Baxış sayı: 5 464

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə