Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya çempionatında Azərbaycan millisinin aktivinə daha bir medal yazılıb.


“ARHD.MEDiA” xəbər verir ki, tamblinq üzrə fərdi proqramda mübarizə aparan milli komandamızın üzvü Tofiq Əliyev final mərhələsində uğurlu çıxış nümayiş etdirərək 29.700 xal toplayıb və Dünya çempionatının gümüş medalını qazanıb.


Bu nəticə Tofiq Əliyevin karyerasında xüsusi əhəmiyyət daşıyır. Belə ki, gimnastımız fərdi proqramda ilk dəfə Dünya çempionatının gümüş medalına sahib olub.


Gərgin mübarizə şəraitində keçən finalda Portuqaliya təmsilçisi Vasco Peso qızıl medal qazanıb, ABŞ təmsilçisi Kaden Braun isə üçüncü pillədə qərarlaşıb.


Bununla da tamblinq üzrə təmsilçilərimiz üçün Dünya çempionatı həyəcanı başa çatıb.

Baxış sayı: 2 852

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə