bakı, 1 mart, arhd.media
azərbaycan avropa olimpiya komitələrinin baş assambleyasında təmsil olunur
fevralın 28-də almaniyanın frankfurt şəhərində avropa olimpiya komitələrinin (eoc) 54-cü baş assambleyası öz işinə başlayıb.
arhd.media xəbər verir ki, bu gün başa çatacaq tədbirdə azərbaycanı milli olimpiya komitəsinin (mok) vitse-prezidenti çingiz hüseynzadə, baş katib azər əliyev və mok-un xarici əlaqələr idarəsinin müdiri anar bağırov təmsil edirlər.
tədbir çərçivəsində “milano-kortina-2026” qış olimpiya oyunları, “istanbul-2027” avropa oyunları və eoc-un “strategiya gündəliyi - 2030” kimi vacib mövzular gündəmdədir.

























