bakı, 7 mart, arhd.media
uefa-nın ötən mövsüm azərbaycan klublarına ödədiyi vəsait bəlli olub
azərbaycan klublarının 2023/2024-cü illər mövsümündə uefa-dan əldə etdiyi gəlir açıqlanıb.
arhd.media xəbər verir ki, avropa futbol qurumu ötən mövsüm komandalarımıza ümumilikdə 12 milyon avro ödəyib. azərbaycan bu göstərici ilə avropada 24-cü olub.
qeyd edək ki, avrokuboklardakı çıxış və digər layihələrlə əlaqədar uefa tərəfindən ayrılan maliyyə vəsaitləri affa-nın vasitəsilə müvafiq klubların hesabına köçürülüb.






















