bakı, 8 mart, arhd.media
azərbaycanın 2 güləşçisi avropa çempionatının finalına vəsiqə qazanıb
bu gün albaniyanın paytaxtı tirana şəhərində güləş üzrə u-23 avropa çempionatına start verilib.
arhd.media xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kiloqramda finalçılar müəyyənləşib.
azərbaycanın iki təmsilçisi qitə çempionatında finala vəsiqə qazanıb. kənan heybətov (70 kiloqram) və fərid cabbarov (79 kiloqram) qızıl medal uğrunda mübarizə aparacaqlar. onlar müvafiq olaraq, rusiyalı maqomed eltemirov və arsen balayanla üz-üzə gələcəklər.
təsəlliverici görüşlərdə rəhman imanov (57 kiloqram) şimali makedoniya təmsilçisi stefan şterjovla, murad haqverdiyev (65 kiloqram) ukraynalı mikita qonçarovla güləşəcək.





















