bakı, 10 mart, arhd.media
azərbaycanın taekvondo hakimi beynəlxalq turnirin ən yaxşısı seçilib
azərbaycanın taekvondo hakimi aygül abdullayeva niderlandın eyndhoven şəhərində keçirilən 52-ci niderland açıq çempionatında fərqlənib.
azərbaycan taekvondo federasiyasından arhd.media-a verilən məlumata görə, beynəlxalq dərəcəli referi yarışın ən yaxşı ədalət təmsilçisi seçilib.
qeyd edək ki, turnirdə 70 hakim iştirak edib.





















