bakı, 12 mart, arhd.media
azərbaycan millisi avropa çempionatının ii seçmə mərhələsində ilk oyununu keçirib
17 yaşadək qadın futbolçulardan ibarət azərbaycan milli komandası avropa çempionatının ii seçmə mərhələsində ilk oyununu keçirib.
affa-dan arhd.media-a verilən məlumata görə, b liqasının 2-ci qrupunda yer alan komanda lüksemburq yığması ilə üz-üzə gəlib. “asco arena”da təşkil olunan qarşılaşma qonaq komandanın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
qrupun digər oyununda bolqarıstan seçməsi malta üzərində 5:0 hesablı qələbə qazanıb.
qeyd edək ki, u-17 millimiz qrupda ikinci oyununu martın 15-də, eyni arenada bolqarıstan seçməsinə qarşı keçirəcək.






















