bakı, 12 mart, arhd.media
azərbaycan güləşçisi avropa çempionu olub
albaniyanın paytaxtı tiranada güləş üzrə u-23 avropa çempionatı davam edir.
arhd.media xəbər verir ki, bu gün qadın güləşi üzrə son medalçılar müəyyənləşib.
gültəkin şirinova (57 kiloqram) təsəlliverici görüşdə türkiyəli əminə çakmaka 7:5 hesabıyla qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rumıniyalı georgiana lirkayla bacarmayıb – 2:9. elnurə məmmədova (53 kiloqram) finalda rusiyalı yekaterina karpuşkinayla qarşılaşıb. rəqibinə 3:0 hesabıyla qalib gələn elnurə avropa çempionu olub. ruzanna məmmədova (65 kiloqram) bürünc medal görüşündə ukraynalı oleksandra rıbaka 2:8 hesabıyla məğlub olub.





















