bakı, 13 mart, arhd.media
avropa çempionatı: azərbaycanın bir güləşçisi finala yüksəlib, digəri bürünc medal görüşünə çıxacaq
albaniyanın paytaxtı tirana şəhərində güləş üzrə u-23 avropa çempionatı davam edir.
arhd.media xəbər verir ki, bu gün yunan-roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində mübarizəyə start verilib.
azərbaycan təmsilçilərindən ruslan nurullayev (72 kiloqram) startda bolqarıstanlı dimitar georgiyevi vaxtından əvvəl məğlub edib – 10:1. nurullayev daha sonra litvalı rokas çepauskası 3:1 hesabı ilə üstələyib. ruslan yarımfinalda ukraynalı oleq xəlilovdan güclü olub – 4:2. həmyerlimiz sabah finalda rusiyalı danil qriqoryevlə qarşılaşacaq.
elmin əliyev (82 kiloqram) 1/8 finalda macarıstanlı dominik botosu (5:2), 1/4 finalda isə isveçli aleksander yohanssonu (6:5) mübarizədən kənarlaşdırıb. o, finalın bir addımlığında moldovalı aleksandru soloveylə bacarmayıb – 0:8. əliyev sabah bürünc medal uğrunda ibrahim tabayev (belçika) – conni sarkkinen (finlandiya) görüşünün qalibi ilə güləşəcək.
hüseyn qəribov (60 kiloqram) və aqil musayev (97 kiloqram) 1/8 finalda, fərid xəlilov (67 kiloqram) 1/4 finalda uduzub.























