bakı, 15 yanvar arhd.media azərbaycan voleybol federasiyası metbuat xidmetine istinaden :
bu gün qadın voleybolçular arasında yüksək liqanın vi turunun oyunları keçiriləcək.
son mövsümün gümüş medalçısı “abşeron” “gəncə” ilə qarşılaşacaq. matç saat 16:00-da başlayacaq.
unec saat 17:00-da “murov az terminal”la, bir saat sonra isə son çempion “azərreyl” “milli aviasiya akademiyası” ilə üz-üzə gələcək.
qeyd edək ki, "abşeron" 14 xalla turnir cədvəlinə başçılıq edir. "gəncə" 10 xalla 2-ci, “milli aviasiya akademiyası” isə 9 xalla 3-cü sırada qərarlaşıb.
arhd.media sosial media saytı’ın baş redaktoru :
orxan ismayılov





















