affa rəsmisi uefa-nın iclasında iştirak edib

bakı, 22 mart, arhd.media




affa rəsmisi uefa-nın iclasında iştirak edib


klubların lisenziyalaşdırılması departamentinin direktoru elçin məmmədov uefa-nın klubların lisenziyalaşdırılması komitəsinin növbəti iclasında üzv olaraq iştirak edib.

affa-dan arhd.media-a verilən məlumata görə, iclas uefa-nın isveçrənin nyon şəhərində baş tutub. toplantı zamanı aşağıdakı məsələlər müzakirə olunub:

- klubların lisenziyalaşdırılması üzrə uefa tərəfindən milli assosiasiyalara dəstək fəaliyyətləri;

- klublara həmrəylik ödənişlərinin lisenziyalaşdırma sistemi ilə əlaqələndirilməsi;

- uefa maliyyə davamlılığı qaydaları haqqında yeniliklər;

- uefa-nın klublara maliyyə nəzarəti orqanının fəaliyyətini tənzimləyən prosedur qaydalarında dəyişikliklər;

- avropa klublarının maliyyə və investisiyalarına dair uefa-nın hesabatı.

Baxış sayı: 4 768

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə