qahirə, 29 mart, arhd.media
qahirə stadionunun qapalı zalında qadınlar arasında qılıncoynatmanın sablya növü üzrə dünya kuboku yarışları başlayıb.
arhd.media “əl-əhram” qəzetinə istinadla xəbər verir ki, martın 30-dək davam edəcək yarışda 33 ölkədən 181 idmançı iştirak edir.
misir yarışlara ən çox idmançı sayı ilə (18 idmançı) çıxıb. azərbaycanı bu idman tədbirində 3 idmançı - kərimova səbinə, hüseynova zərifə və kaspiaroviç palina təmsil edir.
digər iştirakçı ölkələr bunlardır: argentina, avstriya, belçika, kanada, çin, salvador, fransa, gürcüstan, almaniya, britaniya, yunanıstan, honkonq, macarıstan, hindistan, italiya, yaponiya, qazaxıstan, koreya respublikası, niderland, polşa, rumıniya, səudiyyə ərəbistanı, sinqapur, ispaniya, türkiyə, ukrayna, abş, özbəkistan, venesuela və bir ölkə (neytral statusda).

























